RU

Azərbaycan stendi Perudakı sərgidə maraqla qarşılanıb

Azərbaycanın Meksikadakı Səfirliyindən AzVision.az -a verilən məlumata görə, tədbirdə iyirmidən çox ölkənin səfirliklərinin nümayəndələri iştirak edib.

Sərginin açılış mərasimində Peru Konqresi Sədrinin ikinci müavini Valdemar Serron Roxas, konqresmenlər - Flavio Kruz Mamami, Elizabet Taipe Koronada, həmçinin Azərbaycan, Malayziya, Yaponiya və Boliviya səfirliklərinin nümayəndələri çıxış ediblər.

Azərbaycan nümayəndəsi çıxışında ölkəmizin zəngin mədəni irsi, turizm imkanları və təqaüd proqramları barədə iştirakçılara məlumat verib.

Azərbaycan stendi sərgi qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Burada Azərbaycanın zəngin mədəniyyəti və turizm potensialı nümayiş etdirilib, ölkəmizdə təhsillərini davam etmək istəyən perulular üçün mövcud təqaüd proqramları haqqında ətraflı məlumat təqdim olunub.

Sərginin çoxsaylı qonaqlarının sualları cavablandırılıb və müxtəlif materiallar paylanılıb.

AzVision.az
Избранный
15
3
azvision.az

10Источники