Klublararası dünya çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
QOL.az xəbər verir ki, bu gün C və D qrupuna yekun vurulub.
C qrupunda “Oklend Siti” “Boka Xuniors”la heç-heçə edib, “Bavariya” isə “Benfika”ya uduzub.
D qrupunda “Çelsi” “Esperans Tunis”i məğlub edib, “Flamenqo” isə “Los Anceles”lə heç-heçə edib.
Bu nəticələrdən sonra "Benfika" və "Çelsi" 1/8 finala adlayıb. "Bavariya" və "Flamenqo" isə daha əvvəl pley-off-a vəsiqəni təmin etmişdi.
24 may
Klublararası dünya çempionatı
Qrup mərhələsi, 3-cü tur
C qrupu
"Oklend Siti" – "Boka Xuniors" - 1:1
Qollar: K.Qrey, 52 – N.Qarrou, 26 (avtoqol)
"Benfika" – "Bavariya" - 1:0
Qol: A.Şyelderup, 13
Xal durumu: Benfika – 7, Bavariya – 6, Boka Xuniors – 2, Oklend Siti – 1
D qrupu
"Esperans Tunis" – "Çelsi" - 0:3
Qollar: T.Adarabioyo, 45+3, L.Delap, 45+5, T.George, 90+7
"Los Anceles" – "Flamenqo" - 1:1
Qollar: D.Buanqa, 84 – Vallas, 86
Xal durumu: Flamenqo – 7, Çelsi – 6, Esperans Tunis – 3, Los Anceles – 1