RU

Qəzza zolağında zirehli maşının partlaması nəticəsində 7 İsrail əsgəri həlak olub

Dünən Qəzza zolağının cənubundakı döyüşlərdə onların olduğu zirehli maşının partlayıcı qurğu ilə partladılması nəticəsində yeddi İsrail əsgəri həlak olub...

Poliqon bu barədə İsrailin “Times of Israel” qəzetinə istinadən xəbər verir. 

Onların hamısı 605-ci mühəndis batalyonunda xidmət edirdi.

İDF-nin ilkin araşdırmasına görə, Xan Yunisdə əsgərlərin olduğu “Puma” zirehli maşınına bir fələstinli bomba yerləşdirib.

Partlayış avtomobilin alışmasına səbəb olub və onu söndürmək cəhdləri uğursuz alınıb. Yanğın zamanı içəridəki bütün əsgərlər həlak olub.

Yanmış qalıqlar daha sonra Qəzzadan təxliyə edilib.

Poliqon.info 

Избранный
44
50
poliqon.info

10Источники