“Barselona” iyulun ilk günlərində Niko Uilyamsın transferini rəsmiləşdirəcək.
Msport.az xəbər verir ki, Kataloniya klubu Nikonun müqaviləsində yer alan təzminat məbləğini iyulun 1-də və ya 2-də “Atletik”in hesabına köçürməyi planlaşdırır.
İspaniya millisinin üzvünün keçidi üçün “Barselona” 62 milyon avro ödəməlidir. 22 yaşlı hücumçu ilə 2031-ci ilin iyun ayına qədər müqavilə imzalanacaq.
Qeyd edək ki, ispaniyalı oyunçu başa çatan 2024-25 mövsümündə 45 qarşılaşmada meydana çıxıb və 11 qola, 7 məhsuldar ötürməyə imza atıb.