Avtosfer saytına istinadən ain.az xəbər verir.
Paytaxtda motosiklet sürücüsü ilə minik avtomobili sürücüsü arasında gərginlik yaşanıb.
Avtosfer.az xəbər verir ki, hadisə yolayrıcında baş verib. Belə ki, “Jetour T2” markalı 90-FF-005 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, dönmə əməliyyatı zamanı hərəkətini davam etdirən motosiklet sürücüsünə yol verməyib. Bu zaman motosiklet sürücüsü vəziyyətə etiraz edərək sürücüdən üzr istəməsini tələb edib və qayda pozuntusunu xatırladıb.
Lakin avtomobilin sürücüsü aqressiv reaksiya verib. O, motosikletçiyə "Səni tapdalayaram, niyə üzr istəməliyəm?" şəklində cavab verib. Gərginliyin artdığı anlarda isə sürücü fikrini dəyişərək “bir-birimizi yola verməliyik” deməklə vəziyyəti yumşaltmağa çalışıb.
Hadisə zamanı nəqliyyat vasitələrinə ziyan dəyməsə də, yol hərəkəti qaydalarına laqeyd yanaşmanın və aqressiv davranışın yol hərəkəti iştirakçıları arasında nə qədər təhlükəli nəticələr doğura biləcəyi bir daha öz təsdiqini tapdı.
Eltac Zülfüqaroğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.