RU

Rusiya aviasiya imkanlarını yeni Su-35S qırıcıları ilə gücləndirir

“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) istehsal olunmuş yeni Su-35S qırıcılarını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, yeni 4++ nəsil qırıcılar müxtəlif iş rejimlərində yer və uçuş sınaqlarından keçdikdən sonra xidməti yerlərinə uçublar.

“Hərbi pilotlar Su-35S təyyarəsinin göstəricilərinə yüksək qiymət verirlər. Xüsusi hərbi əməliyyat zamanı bu təyyarə öz sinfində ən yaxşı olduğunu sübut etdi. O, hər cür silah növünü istənilən yüksəklik və sürət diapazonunda tətbiq etməyə, ən mürəkkəb pilotaj və döyüş tapşırıqlarını həyata keçirməyə imkan verir”, – deyə “Rostex” Dövlət Korporasiyasının baş direktorunun birinci müavini Vladimir Artyakov bildirib.

Öz növbəsində “Birləşmiş Aviasiya Korporasiyası”nın baş direktoru Vadim Badexa da fikirlərini bölüşüb. Onun sözlərinə, korporasiya Su-35S-lərin istehsal səmərəliliyini artırır: “2030-cu ilə qədər əmək məhsuldarlığını 30% artırmağı planlaşdırırıq. Bu iş bizə mövcud resurslarla dövlət müdafiə sifarişi üzrə məhsul buraxılışının həcmini artırmağa imkan verir. Bu sifariş cari il daha da artacaq və ötən ilin yüksək göstəricilərini üstələyəcək”.

Избранный
25
50
poliqon.az

10Источники