Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Santos"un hücumçusu Neymar Braziliya klubu ilə müqaviləsini uzatmaq qərarından danışıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Championat" nəşri məlumat verib.
Qeyd edək ki, 33 yaşlı futbolçu uzadılma imkanı ilə 2025-ci ilin sonuna qədər yeni müqavilə imzalayıb.
"Qərar verdim və ürəyimin arxasınca getdim. "Santos" təkcə mənim komandam deyil, bu mənim evim, köklərim, tarixim və həyatımdır. Mən burada balaca uşaq idim, kişi oldum və burada məni həqiqətən də sevirlər. Burada mən özüm ola bilirəm ki, həqiqətən, xoşbəxt ola bilirəm. Və məhz burada mən karyeramda yarımçıq qalan arzularımı həyata keçirmək istəyirəm. Və məni heç bir şey dayandıra bilməz. Mən gedirəm və qayıdıram - və mən qalıram. Hər şeyin başladığı və heç vaxt bitməyəcəyi yerdə", - deyə Neymar bildirib.
Qeyd edək ki, Neymar "Santos"un yetirməsidir. O, Braziliya klubu ilə ilk peşəkar müqaviləsini 2008-ci ildə imzalayıb. 2013-cü ildə hücumçu "Barselona"ya keçib. Neymar 2025-ci ilin yanvarında azad agent kimi "Santos"a qayıdıb. Ümumilikdə o, "Santos" komandasının heyətində bütün turnirlərdə 237 oyun keçirib, 139 qol vurub və 69 məhsuldar ötürmə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.