RU

“Hacıqabul Quşçuluq Şirkəti” köhnə yumurtaları bazara “yeni məhsul” adı ilə çıxarır?

“Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin 6-7 ay soyuducularda saxlanılan yumurtaları bazara “yeni məhsul” adı ilə çıxardığı iddia olunur.

Uzun illər “Hacıqabul Quşçuluq Şirkəti”ndə çalışmış və daxili iş prinsiplərindən xəbərdar olan vətəndaş Babaşov Dilavər Stam oğlu MMC-də ciddi qanun pozuntularına yol verildiyini bildirib.

Onun sözlərinə görə, “Hacıqabul Quşçuluq Şirkəti” istehsal olunan yumurtanın miqdarı statistikada qəsdən az göstərilir, bu yolla rəsmi hesabatlar saxtalaşdırılır. D.Babaşov MMC-dəki özbaşınalıqlarda Babaşov Nemət Adışirin oğlu və Babaşov Şöhrət Adışirin oğlunun adını çəkib.  Aylarla saxlanılan yumurtaların satışa gedərkən həmin gün istehsal edilmiş kimi rəsmiləşdirildiyini deyən Babaşov şirkətdə 26 konteyner soyuducu, 3 böyük soyuducu anbarın olduğunu, hər soyuducu konteynerdə 800-900 qutu yumurta saxlanıldığını da iddia edib. Onun sözlərinə görə, daş anbarlarda 15 000–20 000 qutu yumurta yerləşdirilir və bu yumurtalar da 7-8 ay ərzində anbarda qalır.

Vətəndaş hazırda 60 min qutu keyfiyyətsiz yumurtanın satışa hazırlandığını da iddia edib. Məlumatı “Tribunainfo.az” saytı yayıb.

Избранный
17
2
editor.az

3Источники