“Bakı Metropoliteni” QSC-nin Hərəkət Xidmətinə yeni rəis təyin olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə qurumun Hərəkət Xidmətinin rəis müavini Anar Zamanov gətirilib.
O bu vəzifədə Elxan Məmmədovu əvəz edib. Elxan Məmmədov isə hazırda fəaliyyətini Mərkəzləşdirilmiş Dispetçer Xidmətində davam etdirir.