RU

İyulun 1-dən bu şəxslərin müavinət və təqaüdləri artacaq - MƏBLƏĞLƏR

Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, 2025-ci il iyulun 1-dən etibarən sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə verilən aylıq ödənişlərin məbləğləri artırılır.

Bu dəyişikliklər aztəminatlı ailələrdən tutmuş şəhid ailələrinə, əlilliyi olan şəxslərdən fəxri ad sahiblərinədək geniş əhali qrupunu əhatə edir.

Paralel.az  baku.ws-ə istinadən siyahını təqdim edir:

Əlilliyi olan şəxslər üçün sosial müavinətlər:

81–100% əlillik: 300 manat

61–80% əlillik: 250 manat

31–60% əlillik: 180 manat

Aşağıdakı şəxslərə aylıq sosial müavinət:

Ailə başçısını itirmiş şəxslərə: 140 manat

Hərbi qulluqçuların uşaqlarına: 140 manat

Valideynlərini itirmiş uşaqların qəyyumlarına: 140 manat

Aztəminatlı ailələrə (1 yaşa qədər uşaq üçün): 140 manat

Beş və daha çox uşağı olan analara (hər uşaq üçün): 140 manat

Övladlığa götürülmüş uşağa görə: 240 manat

18 yaşadək əlilliyi olan uşaqlara görə (himayədar ailədə):

0–6 yaş: 500 manat

7–13 yaş: 600 manat

14–18 yaş: 650 manat

Uşağın anadan olmasına görə birdəfəlik müavinət: 600 manat

Dəfn üçün müavinət: 600 manat

Prezident təqaüdləri (aylıq):

Vətən Müharibəsi Qəhrəmanlarına: 2200 manat

Milli Qəhrəmanlara: 2000 manat

Şəhid ailələrinə və 20 Yanvar şəhidlərinin ailələrinə: 700 manat

Əfqanıstan müharibəsində həlak olanların ailələrinə: 700 manat

Müharibə və 20 Yanvarla bağlı əlilliyi olan şəxslərə:

81–100% əlillik: 600 manat

61–80% əlillik: 500 manat

31–60% əlillik: 400 manat

Əlilliyi olanlara qulluq edən şəxslərə: 120 manat

Gözdən əlil olan şəxslərə (ümumi səbəblər üzrə): 350 manat

Digər ağır əlilliyi olan şəxslərə (ümumi səbəblər üzrə): 250 manat

Fəxri adlara görə aylıq təqaüdlər:

Xalq yazıçısı, xalq şairi, xalq artisti, xalq rəssamı: 300 manat

Əməkdar ad sahibləri (elm xadimi, incəsənət xadimi, müəllim, həkim və s.): 200 manat

Prezidentin fərdi təqaüdü:

Artırılaraq 1700 manat müəyyən edilib.

Избранный
8
26
paralel.az

10Источники