RU

Təltif edilən generallardan birinin də qardaşı rütbəli zabit imiş DETALLAR

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.

Bakıvaxtı.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, rütbəsi artırılan  Vasif Xəlilov isə Müdafiə Nazirliyinin Rabitə baş idarəsinin rəisidir.

O, 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbindən məzun olaraq "leytenant" hərbi rütbəsi ilə təltif edilib. Uzun müddət rabitə qoşunlarında müxtəlif vəzifələrdə xidmət edib. Qeyd edək ki, onun qardaşı da zabitdir. Polkovnik Nazif Xəlilov isə Heydər Əliyev adına Hərbi İnstitutunun qərərgah rəisidir. Vasif Xəlilov əslən Qubalıdır.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
2
bakivaxti.az

3Источники