RU

“Dəmir-beton tikililərin layihələndirilməsi və inşaat qaydaları” dövlət standartı hazırlanır

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Dəmir-beton tikililərin layihələndirilməsi və inşaat qaydaları” dövlət standartı layihəsini ictimai müzakirəyə çıxarıb.

"APA-Economics" xəbər verir ki, ictimai müzakirə bitdikdən sonra təsdiq olunmuş layihə əsasında dövlət standartı qəbul ediləcək.

Qeyd edək ki, bu standart dəmir Beton tikili elementlərinin və quruluşların istifadə məqsədinə və xidmət müddətinə uyğun təhlükəsiz şəkildə dizayn edilməsi, hesablanması, ölçüləndirilməsi, armaturların yerləşdirilməsi və inşaatına dair qaydaları və şərtləri ehtiva edir.

Избранный
7
2
apa.az

3Источники