RU

ABŞ millisinin üzvü “Atletiko Madrid”ə keçdi

İspaniyanın “Atletiko Madrid” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, paytaxt təmsilçisi “Real Betis”dən amerikalı Conni Kardozonu transfer edib.

ABŞ millisinin də üzvü olan Conni ilə 5 illik müqavilə imzalanacaq. Qarşı tərəf bu keçiddən 30 milyon avrodan çox qazanacaq.

Избранный
8
unikal.az

1Источники