“Sumqayıt” daha üç futbolçu ilə vidalaşıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub ilə müqavilə müddətləri başa çatan futbolçular – Elvin Bədəlov, Cəsurbek Cəloliddinov və Bobir Abdixolikovla yollar ayrılıb.
“Sumqayıt” bundan öncə Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane və Murad Xaçayevlə vidalaşıb.
Cəsurbek və Bobirin klubdan ayrıldığını öncədən xəbər vermişdik.