RU

120 min müəllimdən 85 mini sertifikatlaşdırılma prosesinə cəlb olunub

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesi başlayandan bəri – 2022-ci ildən bu günə qədər 120 min müəllimdən 85 mini sertifikatlaşdırılma prosesinə cəlb olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

Xatırladaq ki, sertifikatlaşdırmadan uğurla keçməyən müəllimlərə 1 il müddətində iş yerləri qorunmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı verilir.

Əgər müəllimlər təkrar sertifikatlaşdırmadan da keçə bilməzlərsə, onlarla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilir.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
bakivaxti.az

1Источники