RU

Polşa XİN: Putin müdafiə xərclərini kəskin şəkildə artırmağa başlayan Aİ timsalında “nəhəngi oyandırdı”

Rusiya prezidenti Vladimir Putin müdafiə xərclərini kəskin şəkildə artırmağa başlayan Avropa İttifaqı (Aİ) timsalında “nəhəngi oyandırdı”.

Herbiand.az bildirir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski YouTube-da yayımlanan NATO Public Forum zamanı deyib.

"Putin nəhəngi oyandırdı, biz [Avropa ölkələri] real pul xərcləməyə başladıq. Söhbət milyardlardan və milyardlardan gedir. Bir neçə ildən sonra Rusiya elə vəziyyətə düşəcək ki, 1980-ci illərdə SSRİ-də olduğu kimi, bizim xərclərimizə bərabər olmaq onun üçün çətin olacaq”, - XİN rəhbəri bildirib.

Sikorski vurğulayıb ki, söhbət simvolik məbləğlərdən yox, müdafiəyə ciddi investisiyalardan gedir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
3
herbiand.az

1Источники