Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də ilk dəfə Türkiyəyə səfər edib və prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

İndex.az xəbər verir ki, sözügedən tarixlərdə Paşinyanın həyat yoldaşı Anna Akobyanın da Türkiyədə olduğu və Antalyada çox dəbdəbəli istirahət etdiyi üzə çıxıb.

Akobyanın iyunun 19-dan 22-nə kimi Antalyanın ən dəbdəbəli otellərindən biri olan “Titanik Mardan Palace Hotel”də üç gecə qaldığı üzə çıxsa da, tətilin ağlasığmaz faktı Ermənistanda böyük əks-səda doğurub.

“Kral Suite” adlanan otelin ən dəbdəbəli otaqlarında qalan Akobyan gecəsinə 6 min avro ödəyib.

Yaşayış xərcləri ilə yanaşı, Akobyanın şampan vannası, fərdi yoqa təlimatçısı, şəxsi qulluqçu və yaxta kirayəsi kimi ultra lüks xərclər etdiyi, dörd günlük səfərin hesabının isə 100 min avronu keçdiyi öyrənildi.