RU

Mədəniyyət xidmətlərinə görə ödənilən ƏDV-nin 50 faizi geri qaytarılacaq

İnvestisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın stimullaşdırılması və vergi yükünün azaldılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində mədəniyyət sektoruna yönəlmiş yeni təşviq mexanizmi iyul ayından tətbiq olunacaq.

Dövlət Vergi Xidmətindən Operativ Media-ya verilən məlumata əsasən, bu ilin iyulun 1-dən etibarən fiziki şəxslər teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti kimi mədəniyyət xidmətlərindən nağdsız qaydada istifadə etdikdə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 50 faizini geri ala biləcəklər.

Bu güzəşt artıq bir sıra digər sahələrdə uğurla tətbiq olunan “ƏDV geri al” (cashback) mexanizmi ilə eyni qaydada həyata keçiriləcək. İstehlakçılar bu xidmətlər üzrə ödədikləri nağdsız məbləğlərə dair əldə etdikləri kassa çekləri əsasında ƏDV-nin yarısını geri ala biləcəklər.

Qeyd olunub ki, həmin dəyişikliklər Vergi Məcəlləsinin 165.5-ci maddəsinə edilmiş əlavələr əsasında cari ilin əvvəlində təsdiq olunub. Yeni mexanizm mədəniyyət xidmətlərinə çıxış imkanlarını artırmaqla yanaşı, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün rəqabət qabiliyyətinin və şəffaflığın yüksəldilməsinə təkan verəcək. Eyni zamanda, əlavə investisiyaların cəlbi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və mədəniyyət sektorunun daha dayanıqlı inkişafı da əsas hədəflər sırasındadır.

“ƏDV geri al” mexanizminin bu sektora da şamil olunması əhalinin mədəniyyət xidmətlərinə marağının artmasına, uzunmüddətli dövrdə isə qiymətlərin tənzimlənməsi və bazarda sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərəcək.

Избранный
5
21
operativmedia.az

10Источники