RU

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarının həcmi artıb

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kreditqoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 240 min manat və ya2,2% artaraq, 11,088 milyon manata bərabər olub.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, hesabat dövründə bu göstərici üzrə orta faizdərəcəsi 17,28% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 10,4 milyonmanatı milli valyutada, 695 min manatı isə sərbəst dönərlivalyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, cari ilin iyunun 1-nə Qarabağ iqtisadi rayonu üzrəisə kredit qoyuluşlarının həcmi 495,954 milyon manat təşkil edibki, bu da əvvəlki ayla müqayisədə 4,7 milyon manat və ya 1%, ötənilin eyni dövrünə nisbətən isə 55,6 milyon manat və ya 12,6%çoxdur.

Məlumata əsasən, hesabat dövründə sözügedən region üzrə kreditqoyuluşlarının orta faiz dərəcəsi 19,60%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 494,6 milyon manatımilli valyutada, 1,3 milyon manatı isə sərbəst dönərli valyutada(SDV) yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin iyunun 1-nə Azərbaycanın cəmiregionları üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə290 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövrü ilə müqayisədəisə 3,2 milyard manat və ya 12,8% artaraq, 28,386 milyard manatabərabər olub.

Избранный
8
3
az.trend.az

10Источники