RU

"Santa Barbara"nın aktyoru vəfat etdi

Məşhur Amerika serialı "Santa Barbara" ilə tanınan aktyor Co Marinelli 86 yaşında vəfat edib. 

News24.az bildirir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Aktyorun həyat yoldaşı Jan Marinelli, nəşrə verdiyi açıqlamada həyat yoldaşının mədə xərçəngi səbəbindən dünyasını dəyişdiyini bildirib.

"The Morning Show" serialında Marinelli ilə birlikdə rol alan tanınmış aktyor Mark Duplass, The Hollywood Reporter-a danışaraq həmkarı barədə duyğulu fikirlər səsləndirib:

Qeyd edək ki, Co Marinelli, xüsusilə 1980–90-cı illərdə geniş tamaşaçı auditoriyası qazanan "Santa Barbara" serialında canlandırdığı obrazla yadda qalıb. O, həm televiziya, həm də teatr sahəsində uzun illər fəaliyyət göstərmiş təcrübəli bir aktyor idi.

Aqil



Избранный
15
1
news24.az

2Источники