RU

Xarkovda 19 yaşlı qız ukraynalı hərbçiləri partlatdı

Xarkov şəhərində 19 yaşlı yerli sakin qız terror aktı törətməkdə şübhəli bilinərək saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna KİV-ləri hüquq-mühafizə orqanlarına istinadən yayıblar.
 

Məlumata görə, qız Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə partlayıcı maddə ilə doldurulmuş skuteri "könüllü yardım" adı altında ukraynalı hərbçilərə təhvil verib. Nəticədə baş verən partlayışda bir hərbçi həlak olub, digəri isə ağır yaralanıb.


İstintaqın məlumatına əsasən, ruslar bu qızı iş axtarışı üçün yaradılmış Telegram kanalı vasitəsilə “ələ alıblar”. Ona ev şəraitində hazırlanmış partlayıcı qurğunun düzəldilməsi ilə bağlı təlimatlar verilib. Daha sonra qız məişət kimyəvi maddələri, akkumulyator, naqillər və uzaqdan idarəetmə üçün iki telefon əldə edib. Hazır partlayıcı qurğunu o, skuterin baqajına yerləşdirərək hadisə yerinə gətirib. Rusiyalı kəşfiyyatçılar terror aktı yerinə yerləşdirilmiş gizli kamera vasitəsilə hərbçilərin yaxınlaşmasını izləyərək qurğunu məsafədən partladıblar.

Partlayış nəticəsində 26 yaşlı hərbçi ölüb, 29 yaşlı digər hərbçi ağır yaralanıb. Hadisədən sonra şübhəli şəxs qaçmağa çalışsa da, bir neçə saat ərzində saxlanılıb. Axtarış zamanı onun üzərində partlayıcı maddələrin komponentləri və Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa dair sübutlar olan mobil telefon tapılıb.

Ukrayna hüquq-mühafizə orqanları onu Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü bəndi ilə (ölümlə nəticələnən terror aktı) ittiham edirlər. Hazırda o, həbsdədir. Maddənin sanksiyası ömürlük azadlıqdan məhrumetmə və əmlakın müsadirəsidir.

Bizim.Media

Избранный
14
bizim.media

1Источники