RU

Trampla görüşdə Ərdoğanın əlində tutduğu zərfin içində nə vardı? – AÇIQLANDI

BAKI, 25 iyun. TELEQRAF

İyunun 24-də Haaqada ABŞ Prezidenti Donald Trampla görüşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əlindəki zərf diqqət çəkib.

Teleqraf xəbər verir ki, bu barədə “CNN Türk” yazıb.

“Zərfin Ərdoğana Tramp tərəfindən verilib-verilməməsi maraq doğurub. Amma məsələ aydınlaşıb.

Əldə etdiyimiz məlumata görə, zərfi Ərdoğana Tramp verməyib. Orada Prezident Ərdoğanın öz məlumat qeydləri var. Bunlar hər görüş üçün hazırlanır və zərfin içinə qoyulur. Prezident istəsə, bu zərfi özü ilə aparır”, - mənbə bildirib.

Избранный
74
teleqraf.com

1Источники