RU

Azərbaycan və Ermsülh müqaviləsi imzalamağa çox yaxındır

"Rusiya ümid edir ki, Ermənistanla Azərbaycan arasında yeni eskalasiya olmayacaq, çünki iki ölkə artıq sülh müqaviləsi imzalamağa çox yaxındır".

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat yayıb.

"Ümid edirik ki, eskalasiya olmayacaq. Ölkələr müqavilə üzrə işləri başa çatdırmağa çox yaxındırlar və ümid edirik ki, bu iş başa çatacaq. Bu müqavilə regionda sabitlik və təhlükəsizlik üçün çox lazımdır", - Kreml sözçüsü bildirib.

Peskov həmçinin əmin edib ki, Rusiya lazım gələrsə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yardım etməyə hazırdır.

“Tərəflər zəruri hesab edərsə, Moskva hər zaman prosesi dəstəkləməyə hazırdır”, - Rusiya prezidentinin mətbuat katibi qeyd edib.

Xəbər 1 dəfə oxunub.
Избранный
11
xezernews.az

1Источники