RU

Klublararası dünya çempionatının 1/8 final mərhələsində cütlükləri müəyyən edən bir neçə görüş keçirilib

Klublararası dünya çempionatının 1/8 final mərhələsində cütlükləri müəyyən edən D və C qruplarında klublararası dünya çempionatının qrup mərhələsinin yekun oyunları keçirilib.

D qrupunda "Flamenqo" klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda “Los-Anceles”lə heç-heçə edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Flamenqo”da Uolles Yan , “Los-Anceles”in heyətində isə Denis Buanqa fərqləniblər.

"Çelsi" (İngiltərə) klublararası dünya çempionatının qrup mərhələsinin III turunda "Esperans"ı (Tunis) məğlub edib. Qarşılaşma 3:0 hesabı ilə başa çatıb. Qolları Tosin Adarabioyo, Liam Delap və Tayrik Corc vurublar.

“Flamenqo” qrupda birinci (yeddi xalla), “Çelsi” ikinci (altı xalla), “Los-Anceles” (iki xal) üçüncü yeri tutub. “Esperans” (bir xal) dördüncü olub.

C qrupunda yer alan Portuqaliyanın "Benfika" klubu klublararası dünya çempionatının qrup mərhələsində Almaniya "Bavariya"sına 1:0 hesabı ilə qalib gəlib. Andreas Şelderup həlledici qolu vurub.

"Benfika" yeddi xal qazanaraq qrupda birinci yeri tutub. Artıq pley-offa vəsiqəni təmin etmiş "Bavariya" 6 xalla ikinci pillədə qalıb.

Yeni Zelandiyanın “Oklend Siti” və Argentinanın “Boka Xuniors” komandaları arasında keçirilən paralel matç ikinci hissədə hava şəraitinə görə yarımçıq qalıb.

Beləliklə,1/8 finalda "Flamenqo" -"Bavariya", "Çelsi" isə Lissabonlu "Benfika" ilə qarşılaşacaq.

Almaz Həsənli

Избранный
17
1
oxumeni.az

2Источники