RU

Gün ərzində neçə dəfə qidalanmaq məsləhətdir?

Bakı. Trend:

Gün ərzində neçə dəfə yeməyin düzgün olduğu məsələsi insanınyaşından, həyat tərzindən, sağlamlıq vəziyyətindən və həttafəsillərə görə dəyişə bilər.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, ümumilikdə isə sağlam bir insan üçün günərzində 3 əsas dəfə qidalanmaq daha məqsədəuyğundur:

“Bu rejim həm maddələr mübadiləsini aktiv saxlayır, həm də qanşəkərinin stabilliyinə kömək edir. Az-az, lakin tez-tez yeməkmədə-bağırsaq sistemini yormadan, orqanizmi daimi enerji ilə təminedir. Xüsusilə reflüks, şəkərli diabet, öd daşı xəstəliyi kimiproblemləri olan şəxslər üçün bu cür qidalanma rejimi dahauyğundur. Əgər insanın hər hansı xroniki xəstəliyi yoxdursa, oturaqhəyat tərzi keçirmirsə və porsiyalar balanslıdırsa, gündə 3 əsasyeməklə də kifayətlənmək mümkündür. Qidalanma tezliyi ilə yanaşı,yeməklərin keyfiyyəti və tərkibi də olduqca önəmlidir”.

Mütəxəssis-ekspert bildirib ki, fəsillər də orqanizmin qidaehtiyaclarını dəyişir:

“Yay aylarında havanın temperaturu yüksək olduğu üçün iştahazalır, orqanizm daha çox maye və yüngül qidalar tələb edir. Beləgünlərdə tez-tez ağır yeməklər yemək orqanizmdə narahatlıq, tərləməvə həzm pozğunluqları yarada bilər. Yayda daha çox tərəvəz, meyvə,süd məhsulları və bol su qəbul etmək tövsiyə olunur. Qış aylarındaisə maddələr mübadiləsi bir qədər yavaşladığı üçün orqanizm dahaçox enerji və qida tələb edir. Iştaha artır və doyumlu, istiyeməklərə meyl artır. Lakin bu dövrdə də qida miqdarını deyil,keyfiyyətini və balansını qorumaq daha vacibdir”.

Məqalədə:
Избранный
11
3
az.trend.az

5Источники