"Sabah"dan ayrılan Namik Ələskərov Premyer Liqanın başqa klubuna keçə bilər.
Sportal.az saytına verilən məlumaata görə, "Sumqayıt" 30 yaşlı hücumameyilli yarrımmüdafiəçi ilə maraqlanır. "Kimyaçılar" hücum xəttini təcrübəli futbolçu ilə gücləndirmək istəyir.
Danışıqlar uğurla nəticələnsə, Azərbaycan milli komandasının sabiq üzvü yeni mövsümə "Sumqayıt"da başlaya bilər.
Qeyd edək ki, Namik Ələskərov 2022-ci ilin yayından "Sabah"da çıxış edirdi. Masazır təmsilçisi onunla yeni müqavilə imzalamayıb.
saytlarin hazirlanmasi