Goranboyda 36 yaşlı qadın itkin düşüb.
Avtosfer.az xəbər verir ki, Goranboy rayon Yeniyol kənd sakini, 1989-cu il təvəllüdlü Qarayeva Samirə Əbülfət qızı iyunun 12-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
İtkin düşən şəxsin əlamətləri belədir: qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində ağ köynək, qara şalvar, qara ayaqqabı olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Goranboy Rayon Polis Şöbəsinin 022 245 30 72 şəhər və 055 885 66 02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.