RU

Böyük Britaniya Rusiya mallarından əldə etdiyi gəlirlə Ukraynaya 350 raket göndərəcək

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Britaniya ələ keçirilən Rusiya aktivlərindən əldə edilən gəlirlə Ukraynaya 70 milyon funt sterlinq dəyərində 350 raket göndərəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya ələ keçirilən Rusiya aktivlərindən əldə edilən faiz gəliri müqabilində Ukraynaya 70 milyon funt sterlinq dəyərində 350 hava hücumundan müdafiə raketi göndərəcəyini açıqlayıb.

Böyük Britaniyanın Müdafiə Nazirliyi, Rusiyaya qarşı hava hücumundan müdafiədə daha böyük üstünlük əldə etmək üçün Ukraynaya 350 Qabaqcıl Qısa Menzilli Hava-Hava Raketinin (ASRAAM) göndəriləcəyini açıqladı.

Açıqlamada, döyüş təyyarələrindən atılmaq üçün nəzərdə tutulan raketlərin yerdən atılması üçün işlərin 3 aya tamamlandığı və raketlərin hərbi yük maşınlarının arxasındakı akkumulyatorlardan buraxıla biləcəyi bildirilib.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
icma.az

1Источники