Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Yalta yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Qaziler.az bildirir ki, hərbçilərin hərəkətdə olan görüntülərini iyunun 25-də Rusiya Müdafiə Nazirliyi yayıb.
Qeyd olunur ki, hücum zamanı “Vostok” qüvvələri qrupunun 36-cı qvardiya motoatıcı briqadasının döyüşçüləri üç gündən az müddətdə kəndə tam nəzarəti bərqərar ediblər.
"Qəsəbədə möhkəm dayanan hücum qoşunları Rusiya bayraqlarını qaldırıb və bütün binaları təmizləyiblər", - idarədən bildiriblər.
Müdafiə Nazirliyi əlavə edib ki, mühəndis-istehkamçılar ərazini və Yaltaya bitişik ərazini minalardan təmizləyib.
QAZİLER.AZ