RU

Tanınmış bloger Ceyhun Abadovun “Tik Tok” səhifəsi oğurlanıb – FOTO

Tanınmış bloger Ceyhun Abadovun Tik Tok səhifəsi oğurlanıb.

NOCOMMENT.az bildirir ki, son zamanlar Tik Tok platformasında Sağlam Qidanın təbliğatçısına çevrilmiş tanınmış aşbaz Ceyhun Abadovun səhifəsi dələduzluğun qurbanına çevrilib.

Əvvəlcə tanınmayan şəxs tərəfindən təhdidlər edilib. Bu müraciətlərə cavab verməyən Ceyhun bəy növbəti gün 104 minlik izləyicisi olan profilinə giriş edə bilməyib. Hazırda dələduzlar səhifə üzərindən Ceyhun bəyin adından insanlara müraciətlər ünvanlayır, müxtəlif məhsulların satışı üçün ödəniş istəyirlər.

Həmçinin səhifənin qaytarılması üçün Ceyhun Abadova külli miqdarda pul tələbi qoyublar. Bununla bağlı Ceyhun Abadov işi üzrə TikTok Live-in Azərbaycanda rəsmi agentliyi üzərindən regional ofisə rəsmi müraciət edib. Onun sözlərinə görə agentlik lazım olan bütün prosedurları həyata keçirib.

Tanınmış aşbaz onun adından edilən müraciətlərə məhəl qoymamağa çağırır.

Mövzunu diqqətdə saxlayacayıq.

Qeyd edək ki, son zamanlar Azərbaycanda bu növ dələduzluq hallarının sayı artıb diqqətli olaq!

Избранный
41
50
nocomment.az

10Источники