“Latsio” “Yuventus”un iki futbolçusunu transfer edib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi Luka Pelleqrini və yarımmüdafiəçi Nikolo Rovella “Latsio”ya transfer edilib.
Paytaxt klubu Pelleqrini üçün 4, Rovella üçün isə 17 milyon avro ödəyib. Hər iki futbolçu başa çatan mövsümü icarə əsasında məhz “Latsio”da keçirib.