ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Prezidenti Məsud Pezeşkian iyunun 27-də Minskdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinə getməyəcək.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i Federasiya Prezidentinin köməkçisi Yuri Uşakova istinadən məlumat yayıb.
"İran Prezidenti başadüşülən səbəblərdən Aİİ sammitində şəxsən iştirak etməyəcək, lakin videomüraciət göndərəcək", - Y.Uşakov jurnalistlərə bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.