RU

NATO-nun növbəti sammiti Türkiyədə keçiriləcək

NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə, 2027-ci ildə isə Albaniyada keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı (NATO) liderlərinin yekun bəyanatında məlum olub. 

"Biz Niderland Krallığının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. Biz 2026-cı ildə Türkiyədə növbəti görüşümüzü, ardınca isə Albaniyada keçiriləcək görüşü səbirsizliklə gözləyirik", - məlumatda deyilir.

İyulun 24-25-də Haaqada NATO liderlərinin sammiti keçirilib. 

Ağarza Elçinoğlu

Избранный
16
unikal.az

1Источники