RU

Teymur Rəcəbov Chess Stars da çıxış edəcək

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sabah Moskvada “Chess Stars 5.0” turniri başlayacaq.

İdman.biz xəbər verir ki, sürətli şahmat formatında keçiriləcək yarışa azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da qatılacaq.

Turnirdə həmçinin Sergey Karyakin, Vladislav Artemyev (hər ikisi Rusiya), Raunak Sadhvani (Hindistan), Amin Tabatabaei (İran), Hou Yifan (Çin), Bibisara Asaubaeva (Qazaxıstan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno və Valentina Qunina (hamısı Rusiya) çıxış edəcək.

İyunun 26-28-də rapid, 29-30-da isə blits yarışları keçiriləcək.

Turnirin mükafat fondu 15 milyon rubl (təxminən 315 min manat) təşkil edib.

Bu il turnirin əsas məkanı Moskvadakı "VDNX"da "Azərbaycan" pavilyonu olacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
3
icma.az

4Источники