RU

NATO liderləri müdafiə xərclərini ÜDM-in 5%-dək artırmağı dəstəkləyib

Bakı. Trend:

Çərşənbə günü NATO liderləri ABŞ Prezidenti Donald Trampın irəlisürdüyü müdafiə xərclərinin artırılması tələbini dəstəkləyərək,ÜDM-in 5%-dək müdafiəyə yönəldilməsinə razılıq veriblər.

Trend xəbər verirki, Hollandiyanın Haaqa şəhərində keçirilən qısa sammit zamanı 32müttəfiq dövlət, həmçinin bir-birlərini hücumdan müdafiə etməköhdəliyini bir daha təsdiqləyiblər.

Zirvə NATO-nun kollektiv təhlükəsizlik prinsiplərini və müdafiəxərclərinin artırılması niyyətini rəsmi şəkildə gücləndirib.

Yeni hədəf növbəti 10 il ərzində əldə olunacaq və bu, hazırkıÜDM-in 2%-lik müdafiə xərcindən yüz milyardlarla dollar çoxdeməkdir. Qeyd olunur ki, bu xərc fərqli şəkildə ölçüləcək.

Yeni razılaşmaya əsasən, ölkələr ÜDM-in 3,5%-ni qoşunlar vəsilahlar kimi əsas müdafiə ehtiyaclarına, 1,5%-ni isəkibertəhlükəsizlik, boru kəmərlərinin mühafizəsi, ağır texnikanınyerləşdirilməsi üçün infrastrukturun təkmilləşdirilməsi və digərgenişmiqyaslı müdafiə tədbirlərinə ayıracaqlar.

Beş maddədən ibarət olan birgə bəyanatda NATO yalnız Trampınçağırışına cavab verməklə kifayətlənməyib, eyni zamanda, Rusiyanın2022-ci ildə Ukraynaya hücumundan sonra artan təhlükəsizlikrisklərinə qarşı addım atdığını bəyan edib.

Bəyanatda, həmçinin kollektiv müdafiə prinsipinə – NATO-nun 5-cimaddəsinə – bir daha sarsılmaz sadiqlik ifadə olunub: “BizVaşinqton müqaviləsinin 5-ci maddəsində təsbit edilən kollektivmüdafiəyə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik ki, birinəhücum hamıya hücumdur”.

Sammitə doğma şəhəri Haaqada ev sahibliyi edən NATO-nun başkatibi Mark Rütte bəyan edib ki, NATO “daha güclü, daha ədalətli vədaha öldürücü” bir ittifaqa çevriləcək.

Избранный
13
az.trend.az

1Источники