RU

Messinin adı tribunaya verildi

BAKI. 25 iyun. TELEQRAF

ABŞ-ın "İnter Mayami" klubunun və Argentina yığmasının futbolçusu Lionel Messinin adına doğma "Nyuells Old Boyz" komandasının stadionunda yeni tribuna verilib.

Teleqraf-ın məlumatına görə, bu barədə Rosario şəhəri təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Stadionda artıq mərhum futbolçu Dieqo Maradonanın şərəfinə adlandırılan tribuna mövcuddur. Maradona burada 1993/1994 mövsümündə çıxış edib.

"İlk dəfə iki dahi ad vahid tavan altında olacaq", - deyə klubun açıqlamasında bildirilir.

Qeyd edək ki, Lionel Messi "Nyuells Old Boyz"a 6 yaşında gəlib və 13 yaşında Barselonaya yollananadək klubun müxtəlif qruplarında çıxış edib.

Избранный
30
teleqraf.com

1Источники