RU

Ceff Bezos toyunda hədiyyə əvəzinə nə istədi?


“Amazon”un qurucusu Ceff Bezos və onun nişanlısı teleaparıcı Lauren Sançez qeyri-adi qərar qəbul ediblər.
Yeniavaz.com
xəbər verir ki, cütlük ənənəvi toy hədiyyələri əvəzinə məşhur qonaqlarından Venesiya şəhərinə ianə vermələrini xahiş edirb.
“Bezos hədiyyələrin ona deyil, Venesiyanın ünvanına verilməli olduğunu açıq şəkildə ifadə etdi”, - Venesiya şəhər şurasının ticarət və istehsalat üzrə üzvü Sebastiano Kostalonqa deyib.
Kostalonqanın sözlərinə görə, bu jest təkcə şəhər üçün vacib deyil, həm də başqaları üçün nümunə ola bilər:
“Bu, Venesiyada toy və ya hər hansı bir qeyd etməyi planlaşdıran başqalarını ruhlandıra biləcək çox əhəmiyyətli bir siqnaldır. Biz kövrək şəhərimizi qorumaq üçün əlavə maliyyə almaqdan çox məmnunuq”.
Избранный
28
1
yeniavaz.com

2Источники