RU

Casusluqda ittiham olunan 3 nəfər edam edilib

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran hakimiyyəti çərşənbə günü İsrailin "Mossad"a casusluq etməkdə və ölkədə yüksək vəzifəli şəxsin qətlinin hazırlanmasında ittiham olunan üç nəfərin edam edildiyini elan edib.

Avtosfer.az-ın məlumatına görə, bu barədə “Report” İran mediasına istinadən xəbər verir.

Mənbəyə görə, edam edilən şəxslər (İdris Əli, Azad Şöcai və Rəsul Əhməd) təxribat törətmək üçün nəzərdə tutulan avadanlıqları spirtli içki partiyasının altında gizlədərək qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərərkən həbs olunublar.

Hesabatlarda həmçinin qeyd olunub ki, İranın təhlükəsizlik və kəşfiyyat xidməti orqanları 12 gün ərzində 700-dən çox insanı casusluqda və İsraillə əməkdaşlıqda ittiham edərək həbs ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
3
avtosfer.az

4Источники