RU

Suriya İsrailin hücumlarını dayandırmaq üçün dolayı danışıqlar aparır

Bakı. Trend:

Suriya hakimiyyəti İsrail ordusunun ölkənin cənub-qərbbölgələrinə davam edən hücumlarını dayandırmaq üçün beynəlxalqvasitəçilərlə dolayı danışıqlara başlayıb.

Trend xəbər verirki, bu barədə Suriya Ərəb Respublikasının keçid dövrü PrezidentiƏhməd Əl Şaraa “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Dəməşq İsrailin hücumlarının qarşısınıalmaq məqsədilə müxtəlif beynəlxalq tərəflərlə əlaqə saxlayır və buistiqamətdə diplomatik səylər göstərir.

Əlavə olaraq bildirilib ki, hökumət nümayəndələri Əl-Kuneytraəyalətində və işğal altında olan Colan təpələrində yaşayan druzicmasının ağsaqqalları ilə görüş keçirib. Görüş zamanı bölgədəkitəhlükəsizlik durumu, mülki əhalinin vəziyyəti və İsrailin davamlımüdaxilələri müzakirə olunub.

Suriya mediasının məlumatına görə, Əl-Şaraanın bu açıqlamasıölkənin yeni hakimiyyətinin İsraillə dolayı danışıqlara başladığınırəsmi şəkildə təsdiqləyən ilk bəyanat hesab olunur.

Избранный
29
az.trend.az

1Источники