RU

MOSSAD rəhbəri ABŞ kəşfiyyatına minnətdarlıq etdi: İranda qalacağıq

BAKI, 26 iyun. TELEQRAF

MOSSAD rəhbəri David Barnea agentlərinin İrana hava hücumunda rolunu yüksək qiymətləndirərək, göstərdikləri "xidmətlərə" görə onlara minnətdarlığını bildirib.

Teleqraf xəbər verir ki, Barnea video açıqlamasında deyib: "Biz ayıq qalacağıq və İranda bildiyimiz bütün layihələri yaxından izləyəcəyik. İndi olduğumuz kimi orada qalacağıq"..

İsrail təhlükəsizlik mənbəsi daha əvvəl "Reuters" agentliyinə bildirib ki, İsrail silah sistemlərini məhv etmək üçün MOSSAD agentlərini İrana göndərib.

Adı açıqlanmayan İsrailin təhlükəsizlik xidmətinin üzvü onu da qeyd edib ki, MOSSAD İranda nüvə alimlərinin ölümünə səbəb olan hava hücumları üçün lazım olan kəşfiyyat məlumatlarını toplamaq üçün illərdir çalışıblar.

Barnea həmçinin ABŞ Məkəzi Kəşfiyyat İdarəsinə (MKİ) də təşəkkür edib: "Mən əsas tərəfdaşımız olan MKİ-yə birgə fəaliyyətimizə görə minnətdarlığımıbildirmək istərdim. MKİ MOSSAD-a dəstək verib və əməliyyatı mümkün edib".

İran rəsmiləri bildirirlər ki, İsrailin son hücumu ölkə daxilində ciddi kəşfiyyat pozuntularını aşkar edib və bu, onları İsraillə əməkdaşlıqda şübhəli bilinən şəxslərin mühakimə olunması üçün sərt hüquqi tədbirlər görməyə vadar edib.

Tehran MOSSAD-ı ölkənin tanınmış simalarına, alimlərinə sui-qəsddə və strateji obyektlərə hücumda ittiham edir.

İsrail iyunun 13-də İrana qarşı genişmiqyaslı hücuma başlayıb. 12 gün davam edən müharibə zamanımülki, hərbi və nüvə obyektləri hədəf alınıb. İran Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 627 nəfər ölüb, 4870 nəfər yaralanıb.

Buna cavab olaraq İran İsrailin hərbi və kəşfiyyat obyektlərinə raket və pilotsuz təyyarələrlə hücumlar edib.

Избранный
34
teleqraf.com

1Источники