RU

Rusiya rəsmi təyyarəsi Nyu-Yorka uçdu: Kimi aparıb?

“Rusiya” dövlət aviasiya bölməsinə məxsus xüsusi avialayner Sank-Peterburqdan Nyu-Yorka uçuş həyata keçirib.

Musavat.com xəbər verir ki, Flightradar24-ün uçuş monitorinqi məlumatlarına əsasən, RA-96018 bort nömrəli təyyarə təxminən on bir saat fasiləsiz uçuş keçirərək Nyu-Yorka enib.

Təyyarədə kimlərin olduğuna, səfərin nə məqsəd daşıdığına dair hər hansı açıqlama verilmir.

Qeyd edək ki, bölmə müstəsna olaraq ölkənin yüksək vəzifəli şəxslərinin, o cümlədən prezidentin, hökumət üzvlərinin, parlament palatalarının rəhbərliyinin, habelə federal hakimiyyətin digər yüksək vəzifəli nümayəndələrinin hava daşımalarının təşkilinə cavabdehdir.

Bu ilin aprelində oxşar uçuşu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev həyata keçirib və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla danışıqlar aparıb.

Musavat.com

Избранный
8
5
musavat.com

8Источники