RU

Füzulidə həkimin məktəbli oğlu kanalda batdı - YENİLƏNİB + FOTO

Füzüli rayonunda kanalda batan Nihad Nağızadə XI sinif şagirdidir.
 
Moderator.az Teleqraf-a istiandən xəbər verir ki, əslən rayonun Aşağı Seyidəhmədli kəndindən olan 16 yaşlı N.Nağızadə hazırda Qaydış 4 qəsəbəsində yaşayır.
 
Qəsəbə məktəbində təhsil alan Nihad bu il X sinifi bitirib.
 
Onun atası Vüqar Nağızadə Füzuli rayon təcili təxirə salınmaz tibbi yardım briqadasında həkim işləyir.
 
Hazırda N.Nağızadənin axtarışları davam edir.
 
08:48
 
Füzuli rayonunda bir nəfər kanalda batıb.
 
Moderator.az Teleqraf-a istiandən xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib.
 
İlkin məlumata görə kanalda batan rayon sakini Nihad Vüqar oğludur.
 
Əlavə məlumat veriləcək...
Избранный
206
50
moderator.az

10Источники