RU

Türkiyədən İraqa mebel ixracı 476 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında İraqa mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq, 116 milyon 314 min 84 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən İraqa mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq, 476 milyon 200 min 63 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalaraq, 3 milyard 231 milyon 87 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 622 milyon 143 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 1,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 7 milyard 874 milyon 808 min dollar məbləğində mebel ixrac edib.

Избранный
12
16
turkic.world

10Источники