"Mançester Yunayted" yay transfer pəncərəsində komandanın gənc cinah oyunçusu Alexandro Qarnaço ilə vidalaşa bilər.
90deqiqe.Az-ın "Mirror Football"a istinadən məlumatına görə,argentinalı futbolçu baş məşqçi Ruben Amorimin rəhbərliyi altında əsas heyətdə özünü göstərə bilmədiyindən klub rəhbərliyi onun satışını gündəmə gətirib.
“Mankunianlar” 21 yaşı iyulun 1-də tamam olacaq futbolçu üçün ən azı 47 milyon avro dəyərində təklifləri nəzərdən keçirməyə hazırdır.
Gənc futbolçunun xidmətində "Çelsi" və "Napoli" klublarının maraqlıdır.
Transfermarkt portalı isə Qarnaçonu 45 milyon avro civarında dəyərləndirir.