Şamaxıda avtomobil qəzası baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Meysəri kənd ərazisində qeydə alınıb.
İlkin məlumata görə, sürücü 2003-cü il təvəllüdlü Sadıqov Əli Nağı oğlu idarəetməni itirərək avtomobili yol kənarındakı dirəyə çırpıb. Hadisə nəticəsində sərnişin 1966-ci il təvəllüdlü Sadıqova Reyhan Məmməd qızı və sürücü ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Vəziyyətləri ağır olduğundan gecə saatlarında Bakı şəhərində xəstəxanalardan birinə köçürülüblər.
Faktla bağlı araşdırma aparılır.