RU

Tramp: Mən Prezident olduqca Rusiya NATO ölkələrinə hücum etməyəcək

BAKI, 26 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, o, Ağ Evdə olduğu müddətcə Rusiya NATO ölkələrinə hücum etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Tramp NATO sessiyası zamanı and içərək bildirib ki, Rusiya tərəfindən NATO-ya qarşı heç bir təhlükə olmayacaq. O, eyni zamanda Alyans ölkələrinin müdafiə xərclərini artırmaq səylərini də alqışlayıb.

Qəzetin məlumatına əsasən, Avropalı liderlər Trampın bu istiqamətdəki təsirini müsbət qiymətləndiriblər. Onların bəziləri ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi zərbələri də yüksək dəyərləndirib.

Bundan əvvəl iyunun 19-da Rusiya Prezidenti Vladimir Putin Moskvanın Avropa və NATO ölkələrinə hücum etməyə hazırlaşması barədə yayılan iddiaları yalan və cəfəngiyyat adlandırıb.

Избранный
77
50
teleqraf.com

10Источники