RU

İrəvan məhkəməsi daha 2 nəfəri HƏBS ETDİ – Sayı 16-ya çatdı

İrəvan məhkəməsi bu gün sahibkar Tiqran Qalstyanı və Diyakon Qrayrı iki aylıq müddətinə həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.

Mənbə xatırladır ki, İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi həmçinin bu gün hakim Masis Melkonyanın sədrliyi ilə keçirilən iclasda Baqrat Qalstanyan barəsində də iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məhkəmə Erməni İnqilab Federasiyasının Ali Orqanının üzvü İqor Sarqsyan barəsində də iki aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatəti təmin edib.
 

Bundan əlavə, məhkəmə Qarabağdakı sabiq rejimin “deputatı” David Qalstyan, Baqratın köməkçisi Movses Şarbatyan, bloger Armen Aleksanyan, ehtiyatda olan polkovnik Miqran Maxsudyan, “Müqəddəs Mübarizə” hərəkatının fəalı Lidiya Mantaşyan, eləcə də Ara Rostomyan və Aqvan Arşakyan barəsində də iki ay müddətinə həbs qərarı çıxarıb.


Baqrat Qalstanyana yaxın şəxs olan Tiqran Qalstyanın da həbs ediləcəyi gözlənilir.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi ümumilikdə 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə vəsatət təqdim edib.

Bizim.Media

Избранный
15
bizim.media

1Источники