RU

D.TRAMP NATO-NUN QƏRARINI ALQIŞLAYIR » AzadMedia.az

D.TRAMP


Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp NATO sammitində müdafiə xərclərinin artırılması ilə bağlı əldə olunan razılaşmanı tarixi məqam adlandırıb.
O, qərarın Avropa və Qərb sivilizasiya üçün böyük qələbə olduğunu deyib.
“Deyirlər ki, buna siz nail oldunuz. Bilmirəm, həqiqətən, oldummu?” - deyə Tramp vurğulayıb.
Razılaşmada 2035-ci ilə qədər üzv ölkələrin müdafiə xərclərini ümumdaxili məhsulun 5 faizinə qədər artırması nəzərdə tutur.
Trampın sözlərinə görə, bu, hər il ümumi müdafiəyə trilyon dolların ayrılması deməkdir.

NATO liderləri üzv ölkələrdən hər hansı birinə hücum olarsa, bu hücuma kollektiv şəkildə cavab verəcəklərinə dair öhdəliyə sədaqətlərini ifadə ediblər.
Ağ Ev lideri sammitdə çıxışı zamanı İsrail-İran müharibəsi məsələsinə toxunub.
O deyib ki, iki ölkə məktəbin həyətində dalaşan uşaqlar kimi döyüşüblər.

NATO-nun baş katibi Mark Rutte Trampın sözünü kəsərək “və bəzən ata sərt dillə müdaxilə etməlidir” deyə vəziyyəti şərh edib.
Tramp sammitdən kənar, eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
O, Rusiya ilə müharibənin dayandırılması, atəşkəsə nailolma probleminin onun gözlədiyindən daha çətin olduğunu dilə gətirib.
“Zelenski, gözəl insan, onun bir balaca çətinliyi var. Mən Putinlə uzun söhbət etdim. O, İrana kömək üçün könüllü oldu. Mən dedim ki, mənə yaxşılıq et, bizə Rusiya məsələsində kömək et, İrana deyil. Vladimir Putin, həqiqətən, müharibəni dayandırmalıdır. Çox sayda insan ölür. Misli görülməmiş həddə” – deyə Tramp əlavə edib.

O, Ukraynaya daha çox raketdən müdafiə sistemləri verəcəklərini istisna etməyib.
Qeyd edək ki, NATO-nun müdafiə xərclərinin artırılmasına dair bəyanatda Rusiyanın Ukraynaya müdaxiləsi barədə heç bir tənqid yer almayıb.

Избранный
7
1
azadmedia.az

2Источники