Bərdədə qida zəhərlənməsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndinə qeydə alınıb.
TƏBİB-dən bildirilib ki, iyunun 25-də saat 21:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına 2 qadın cinsli hospitalizasiya olunub.
Qeyd olunub ki, pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.