Fövqəladə Hallar Nazirliyinin Nümunəvi orkestrinin ifasında konsert proqramı təqdim olunub.
“Qafqazinfo” xəbər verir ki, konsert 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin Binəqədi rayonundakı Zərifə Əliyeva adına istirahət parkında təşkil edilib.
Proqram bayrama uyğun olaraq hərbi vətənpərvərlik mövzusunda olub.